star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyur

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin xarici siyasətində ən mühüm istiqamətlərdən birini ölkəmizin milli maraqlarının qorunması, dost və qardaş dövlətlərin sayının artırılması təşkil edir. Bu baxımdan son illər ölkəmizin çoxşaxəli xarici siyasətində Cənub-Şərqi Asiya regionuna daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi mühüm yer tutur. Məhz hazırda münasibətlərimizin inkişaf etdiyi region dövlətlərdən biri Vyetnam Sosialist Respublikasıdır.

Dövlət başçısı səviyyəsində qarşılıqlı səfərlər ölkələrimiz arasında güclü strateji və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifənin açılmasında və əlaqələrimizin dərinləşməsində xüsusi əhəmiyyət kəsb etmişdir. Cari ilin 07 may tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri isə iki dövlət arasında münasibətlərin dərinləşməsinə əlavə imkan yaradır.

Səfər çərçivəsində qonaq dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü keçirilmiş və ikitərəfli, eyni zamanda regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilmiş, iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı istiqamətində bir sıra mühüm sənədlər imzalanmışdır. Sənədlərin imzalanması mərasimindən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış edərək dostluq və qardaşlığa söykənən Azərbaycan-Vyetnam münasibətlərinin milli maraqlara əsaslandığını vurğulamış və bu münasibətlərin inkişafından məmnunluq ifadə edilmişdir.

Cənab Prezident qeyd etmişdir ki, Azərbaycan və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Cənab Prezident çıxışında həmçinin Azərbaycanla Vyetnam arasında imzalanmış sənədlərin əhəmiyyətindən bəhs edərək xüsusi vurğulamışdır ki, bu gün imzalanan “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.

Xüsusi vurğulamalıyıq ki, Azərbaycanla Vyetnam arasında münasibətlər qarşılıqlı etimada və milli maraqlara əsaslanır. Hər iki dövlətin müxtəlif sahələri əhatə edən münasibətləri ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə xidmət edir. Sevindirici haldır ki, hazırda ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər