İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Hindistanın milli müdafiə nazirinin keçmiş müşaviri və hərbi ekspert Qarav Arya İran xarici işlər naziri Abbas Arakçını təhqir edib. Bu, iki ölkə arasında böyük siyasi qalmaqal yaradıb.

Avrasiya.net Cəbhə.info-ya istinadən xəbər verir ki, Qarav Arya iranlı nazirin Hindistana səfərini canlı proqramda şərh edib.

“Arakçı Pakistanda olub və Şahbaz Şərif də daxil olmaqla, ölkənin yüksək rəhbərliyi ilə görüşüb. Daha sonra Hindistana gəlib. Əgər bu donuz oğlu donuz səmimi idisə, Pahalqamda baş vermiş terror hadisəsindən dərhal sonra Hindistana gəlməli idi. İran rəsmilərinin hamısı qeyri-səmimidir və daha çox öz maraqlarına xidmət edirlər”, - o deyib.

Proqram zamanı Qarav Arya ekranda Arakçı ilə bağlı xəbərin fotosuna da donuz yazıb. Bu isə rəsmi Tehran tərəfindən narazılıqla qarşılanıb.

Hadisə ilə bağlı Tehrandakı Hindistan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Hindistan səfirliyi isə bildirib ki, Qarav Arya azad vətəndaşdır və səsləndirdiyi fikirlər Hindistan hökumətinin rəsmi mövqeyini əks etdirmir.

Xatırladaq ki, donuz islamda haram sayılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər