Hindistan və Pakistan atəşkəsi təsdiqlədi
Dərc olunub:
10-05-2025, 18:11
Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər.
Bunu Pakistan Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar BBC-yə müsahibəsində deyib.
Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri də atəşkəs razılaşmasını təsdiqləyib. O bildirib ki, iki ölkə arasında atəşkəs yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 15:30) qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun vasitəçiliyi ilə Hindistan və Pakistan arasında tam və dərhal qüvvəyə minən atəşkəs barədə razılığın əldə olunduğunu bəyan edib.
Son xəbərlər
