Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb
Dərc olunub:
10-05-2025, 06:22
Pakistan ordusu Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verib.
Bu haqda “Geo TV” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
"Hindistanın davam edən təxribatlarına bilavasitə cavab olaraq Pakistan genişmiqyaslı hərbi əməliyyata başlayıb.", - kanalın məlumatında bildirilir.
Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsində törədilən terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.