star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Misirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan səfiri Elxan Poluxov və səfirliyin digər əməkdaşları, Cəmiyyətin İdarə Heyətinin sədri və Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, eləcə də Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən tədqiqatçı alim S.Nəsirov Ulu Öndərin fəaliyyətindən bəhs edib. Müstəqilliyimizin ilk illərində baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayan natiq bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxış edərək iki ölkə arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Misirlə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Müasir Azərbaycanın inkişafında və onun ərəb-islam dünyası ilə əlaqələrinin möhkəmlənməsində məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti dayanır.

Azərbaycan dilinin Konstitusiyamızda dövlət dili kimi təsbit edilməsinin Ümummilli Liderin adı ilə bağlı olduğunu diqqətə çatdıran diplomat dilimizin xarici ölkələrdə, o cümlədən Misirdə öyrənilməsi sahəsində təqdirəlayiq işlər görüldüyünü qeyd edib. Bildirib ki, bu ölkədə Azərbaycan dilini öyrənənlərin sayının artması, yerli azərbaycanşünas kadrların hazırlanması sevindiricidir və xalqlarımız arasında birbaşa təmasların daha da çoxalmasına töhfə verir.

Daha sonra çıxış edən Misirin Heluan Universitetinin professoru Adil Dərviş Heydər Əliyevin zəngin həyat yolu və onun ölkələrimiz arasında əməkdaşlığın inkişafında rolu barədə danışıb.

Söz alan Asiya məsələləri üzrə misirli tədqiqatçı Əhməd Abdoh Tarabik Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında yazdığı kitab barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Sonda Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin öyrənilməsində fərqlənən tələbələrə hədiyyələr təqdim edilib və onların ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri dinlənilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər