star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdiPakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən Milli Silahlı Qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır.

Bunu Pakistan Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.

“Ötən gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş təyyarəni, o cümlədən üç “Rafale” qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi”, - Şərif bildirib.

Şərif əlavə edib ki, Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi:

“Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu onların gecələr rahat yatmasına imkan vermir. Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri – Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib. Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi”.

Şərifin sözlərinə görə, Pakistan xalqı bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki Silahlı Qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər