star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İsrail və Türkiyə Bakıda danışıqlara başlayır

Yaxın Şərq bu iki dövlət arasında bölünüb...

İsrailin 11-ci TV-nin məlumatına görə, mayın 8-də Bakıda Türkiyə və İsrail nümayəndələri arasında birbaşa danışıqlar keçirilməlidir. Heç şübhəsiz ki, Bakının Azərbaycana yaxın olan bu iki dövlətin münasibətlərinin normallaşması üçün əməli addım atacağı gözlənilirdi. Sözsüz ki, danışıqlarda regional təhlükəsizlik və xüsusən də hər iki dövlətin Suriyada maraqlailə bağlı vəziyyət əsas mövzudur.

Bakı görüşünə, ümumiyyətlə İsrail Türkiyə arasındakı danışıqları ancaq bu iki dövlətin münasibətlərinə aid deyil. Dəfələrlə qeyd etmişəm ki, bütün regionun taleyi İsrail və Türkiyə arasında razılaşmadan asılıdır. Yaxın Şərqin siyasi mənzərəsi bu iki dövlətin arasında bölüşdürülən maraqlara uyğunlaşdırılır.

Abş, İsrail və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik danışıqları, Azərbaycanın təbii və rəsmi müttəfiqi Türkiyəsiz mümkün deyil. Əgər üçtərəfli belə bir danışıqlar gedirsə demək, Türkiyə də prosesdədir. Həm də yəni, İsrail Türkiyə toqquşmasından söhbət gedə bilməz.

İsrail Türkiyə münasibətlərində aydınlaşma prosesi İsrail baş naziri Benyamin Netanyahunun ABŞ səfəri və Donald Trampla görüşündən sonra monkretləşib.

Benyamin Netanyahunun bu günlərə planlaşdırılan Bakı səfərinin, Türkiyə prezidenti Ərdoğanla mümkün görüşünün təxirə salınmasının əsl səbəbi də məhz İsrail və Türkiyə arasında razılaşdırılmamış bəzi məqamların da tam həllinə, yaxud ortaq məxrəcə gəminməsi və sonra görüşün təşkil olunmasıdır. Çox güman ki, İsrail və Türkiyənin Bakı danışıqlarından sonra, iki dövlət lideri görüşüb və əldə edilən razılaşmanı rəsmiləşdirək və yəqin ki, elə Bakıda da.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər