"Bu müharibədə Pakistan haqlı tərəfdir"
Hindistan Pakistana qarşı hərbi əməliyyatlara start verdi. Hesab edirəm ki, Hindistan böyük bir xəta edir. Hindistan müharibənin davam etməsində maraqlıdırsa, bu ölkəsinin parçalanmasına zəmin yaradan yol deməkdir.Hindistan baş naziri Pakistan üzərində qələbə qazanmaq və yaxud da Pakistanı nəyəsə məcbur etmək kimi düşüncələr və xəyallar qurubsa, bu yalnız Hindistan baş nazirini qaza gətirənlərin siyasətinə uyğun ola biər.
Avrasiya.net xəbər verir ki, bu barədə siyasi şərhçi Çingiz Şahbazi yazıb.
O, qeyd edib ki, Türkiyə açıq şəkildə Pakistanın yanında olduğunu bildirib.ABŞ, Hindistana siyasi dəstək verdiyini bir neçə gün əvvəl açıqlamışdı:
"Nəzərə alsaq ki, Hindistanda 380 milyon müsəlman yaşayır və Hindistan beynəlxalq normalara qarşı gələn ölkələrdən biridir və ölkəsində irqi və dini ayrıseçkiliyə yol verir və bununla kifayətlənməyən Hindistan həmçinin Pakistana qarşı qonşuluq münasibətlərini pozularaq, təhdid edir və bir çox razılaşmaları istər siyasi, istərsə də iqtisadi baxımdan pozmaqla son vaxtlar daha açıq şəkildə davam etməkdədir və bu istiqamətdə Hindistanın yürütdüyü siyasət, nəhayətdə rəsmən Pakistana qarşı hərbi əməliyyatlarlara başlamasına gətirib çıxartmağa belə səbəb oldu, demək olar.
Bu müharibə gözlənilirdi . Çünki Pakistan dövləti bu savaşın çıxacağı ehtimalı haqqında dünya ictimaiyyətinə müraciət etmişdir və artıq iki ölkə arasında kiçik təxribat xarakterli hərbi insidentler öz yerini böyük hərbi əməliyyatlara verdi, demək olar.Hesab edirəm ki, bu müharibədə Pakistan haqlı tərəfdir və biz hər zaman olduğu kimi sülhün tərəfindəyik, əsla müharibə tərəfdarı deyilik. İnanıram ki, haqlı tərəf öz haqqını alacaq".