"Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz"


BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb. Çünki dünya iki ölkə arasında hərbi qarşıdurmaya tab gətirə bilməz.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib Hindistanın sərhəd boyunca apardığı “hərbi əməliyyatlar”dan (hücum – Qeyd)çox narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz”, - bəyanatda deyilir.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. Hindistanın hücumu nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb, 12 mülki şəxs isə yarlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər