star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Türkiyə qlobal problemlərin həllində keçilməz oyunçu, dövlətdir"

"Türkiyə qlobal problemlərin həllində keçilməz oyunçu, dövlətdir"Suryada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyənin, cənab Ərdoğanın bir başa rəhbərliyi və iştirakı heç bir şübhə doğurmur. Türkiyə bununla İrana, Rusiya və hətta eyni cəbhədən çıxış etdiyi ABŞ - a bir daha sübut etdi ki, regionun söz və güc sahibidir. Türkiyə nəinki regional, qlobal problemlərin həllində keçilməz oyunçu, dövlətdir.

Bunu politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, əlbəttə ki, 13 il əvvəl Suriya rejiminə qarşı vətəndaş müharibəsində Bəşər Əsədin devrilməməsində Rusiyanın, İranın dəstəyi vacib faktor idi. Rusiyanın Ukrayna ilə, İranın isə faktiki olaraq İsraillə zəiflədilməsi Suriyanıın, Bəşər Əsədin rejiminin taleyinə də təsir göstərdi. Ancaq, ən əsası isə Türkiyənin Bəşər Əsədin danışıqlara gedəcəyinə inanıb, Suriyaın suverenliyini qorumaq və rəsmi Dəməşqdən onun ərazisindən Türkiyənin təhlükəsizliiyinə zəmanət və təminat veriləcəyinə inanması idi. Rusiya və sair bir sıra qüvvələrin "dəminə" gedən Bəşər Əsəd Türkiyə və cənab Ərdoğanla danışıqlardan müxtəlif bəhanələrlə yayınaraq siyasi ədəbsizlik etdi və nəhayət cəzalandırıldı:

"Bəşər Əsəd rejiminin devrilməsində əsas qüvvə Türkiyə və ABŞ müttəfiqlik etsə də, nəticədən sonra Suriyanın taleyi və idarəçiliyində Türkiyə və ABŞ arasında kəskin fikir ayrılığı olacaq. Ancaq Donald Trampın prezidentliyindən sonra ABŞ üçün Suriya o qədər də önəm daşımayacaq. Heç şübhəsiz ki, Suriyanın gələcək taleyi Türkiyənin iradəsinə bağlıdır".

V.Dadaşov onu da qeyd edib ki, Bəşər Əsədin şəxsi taleyinə gəldikdə isə, onun İranda sığınmaq ehtimalı çox azdır. İranın öz ərazisində öz liderlərinin belə təhlükəsizliyini təmin edə bilməməsi Bəşər Əsədin İrana getməsi üçün əsas maneədir. ABŞ və İsrailin mövqe və kəşfiyyatının güclü olduğu ərəb ölkələrinə də Bəşər Əsədin sığınmağı mümkünsüzdür. Bəşər Əsəd üçün ən təhlükəsiz ölkə məhz Rusiya görünür. Digər tərəfdən də, Rusiya İrandan fərqli olaraq dəstəklədiyi liderlərin taleyinə biganə qalmır. Həm də Rusiya belə davranışları ilə siyasətinin yeridilməsinə imkan açır və bir növü etibarlılıq zəmanəti nümayiş etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər