Ərdoğandan Suriya açıqlaması: Hədəf Dəməşqdir!
Dərc olunub:
6-12-2024, 16:01
Əsədlə görüşmək istədik, amma müsbət cavab almadıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı son proseslərlə bağlı danışarkən deyib.
"İdlib, Həma, Xüms... və hədəf təbii Dəməşqdir. Suriyada müxalif qüvvələrin bu yürüşü davam edir. Ümid edirik ki, bu yürüş problemsiz bir şəkildə davam edəcək", - Ərdoğan bildirib.
O, həmçinin qeyd edib ki, bir müddət əvvəl Bəşər Əsədə çağırış ediblər:
“Gəlin Suriyanın gələcəyini birlikdə təyin edək” dedik, təəssüf ki, bu mövzuda müsbət cavab ala bilmədik".