Fransa Netanyahunu həbs etməyəcək
Dərc olunub:
28-11-2024, 08:17
Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq İsrailin baş naziri Benyamin Netanyahu
Fransa ərazisində həbs olunmayacaq.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kommunikedə deyilir ki, Fransa Roma Nizamnaməsindən irəli gələn öhdəliklərə əməl edir və BCM ilə tam əməkdaşlıq edir. "Eyni zamanda, Fransa qanunlarına görə, İsrailin Baş naziri Benyamin Netanyahu və digər nazirlər toxunulmazlığa malikdirlər, əgər BCM onun həbsini və ekstradisiyasını tələb edərsə, bu da nəzərə alınacaq."