Sizin Reklam Burada

Pxenyan Kremlin rəsmi müraciətini qəbul edib

Pxenyan Kremlin rəsmi müraciətini qəbul edibŞimali Koreyanın Rusiyanın Ukraynaya qarşı savaşa girməsi Moskva ilə imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik barədə bu il imzalanmış müqavilənin 4-cü bəndinə əsasən baş tutub, burada beynəlxalq hüquqa zidd heç bir president yoxdur, zira tərəflər məlum muqavilənin şərtlərinə əsasən zərurət yaranarsa bir-brilərinə hərbi dəstəklə bağlı öhdəliklər götürüblər.

Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, Rusiyanın müraciətinə əsasən rəsmi Pxenyanın qəbul etdiyi qərar kollektiv Qərbin yeni dünya nizamı ilə bağlı geosiyasi maraqlarına adekvat olaraq atılıb: «Təxminən 1 milyon 325 minlik orduya malik olan Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatların aparılması üçün 10 -12 minlik hərbi kontingentə ciddi bir ehtiyacı yoxdur, lakin bu qərar getdikcə açıq şəkildə Rusiya və Qlobal Cənubu təhdid edən kollektiv Qərbi durdurmaq, onun dünyanın təhlukəsizlik arxitekturası ilə bağlı bəlli addımları atmaqdan çəkindirmək zərurətindən irəli gəlib.

Əvvəla Şimali Koreyanın hərbi kontingenti say etibarı ilə Çın, ABŞ, Rusiya və Hindistandan sonra dünyanın 5-ci hərbi gücüdür, onun 1 milyon 225 mindən yuxarı silahlı qüvvəsi var, digər tərəfdən Pxenyan nüvə silahına malik dövlətdir, onun bu günlərdə sınaqdan çıxardığı ballistik, qitələrarası raketin hədəfləri vurmaq qabiliyyəti 15 min km-dən artıqdır ki, bu da ABŞ ərazisində istənilən hərbi, enerji və digər infrastukturların vurulması və məhv edilməsi üçün kifayətdir. ABŞ-ın Tayvanı müdafiə edib, Çinin ada üzərində suveren hüquqlarını təhdid etməsi nəzərə alınarsa kollektiv Qərb tərəfindən rəsmi Pekinin Cənub-Şərqi Asiyada maraqları üçün perspektivdə ciddi təhlükənin artacağı təqdirdə Pekinin Moskva-Pxenyan alyansını müdafiə edəcəyi birmənalıdır, zira ABŞ-ın təhriki ilə Cənubi Koreya və Yaponiyanın Cənub Şərqi Asiyada öz hərbi arsenalını artırması Pekini özünün təhlükəsizlik maraqlarından çıxış edərək adekvat addımlar atmaq zərurəti qarşısında qoya bilər.

Ukraynanın Rusiyaya qarşı savaşı onsuz da 60 ölkənin dəstəyi ilə apardığı bəllidir, Kollektiv Qərb və Şimal Alyans əslində Ukraynanın tərəfində Rusiyaya qarşı aparılan savaşın bilavasitə iştirakçısıdır. Rusiyanın nəhəng nüvə silahı Qərbi açıq şəkildə ona qarşı savaşmaqdan çəkindirir. Lakin, kəşfiyyat məlumatları göstərir ki, Ukrayna savaşında Rusiyaya qarşı vuruşanlar heç də könullulər və ya muzdlular deyillər, burada söhbət NATO-nun yuksək səriştəli mutəxəssislərindən gedir, odur ki, Qərbdə bəlli dairələrin Koreya faktoru ətrafında siyasi şou və ya qalmaqal salmaq istəyi daha çox Şimal Alyansının və kolkektiv Qərbin beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın yanında müharibə aparması faktorunun ört -basdır edilməsinə yönəlib».

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər