star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ərdoğanın BMT-dəki çıxışı kitab şəklində çap olundu

Ərdoğanın BMT-dəki çıxışı kitab şəklində çap olunduTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın insanlıq adına bütün dünyaya mühüm çağırışlar etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasındakı çıxışı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kitab şəklində çap olunub.

Avrasiya.net xəbər verir ki, türk, ingilis və ərəb dillərində hazırlanan bu kitab Prezident Rəcəb Tayyib Ərdoğanın vicdanları sızladan məsələlərlə bağlı dünyaya və beynəlxalq ictimaiyyətə müraciətini və həll təkliflərini gələcək nəsillərə bələdçi kimi təqdim etməyi hədəfləyir.

Prezident Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə həqiqətləri dilə gətirdiyi çıxışı zamanı Qəzzada törədilən qətliamla yanaşı bir çox ölkənin ifadə etməkdən çəkindiyi bir çoxunun isə sadəcə səssiz qaldığı problemlər xatırladılıb.

Kitabda Qəzzada yaşanan insanlıq faciəsinin fotoşəkilləri ilə yanaşı Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı Fələstin xalqına qarşı zülmün davam etdiyi müddət ərzində Yaxın Şərqdə daimi sülh və sabitliyin əldə edilməsinin mümkün olmadığı bildirilib. Həmçinin dərhal daimi atəşkəsin təmin edilməsi, girov-əsir mübadiləsinin həyata keçirilməsi, humanitar yardımların maneəsiz və fasiləsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini vurğuladığı qeyd edilir.

Eyni zamanda kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı “Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi şəkildə tanınması, terror təşkilatları arasında ayrıseçkiliyin edilməyəcəyi, Qarabağın Azərbaycan ərazisi olması həqiqəti,

Sudandakı qarşıdurmaların sona çatması üçün daha çox səylərin göstərilməsinin vacibliyi, Türkiyənin Afrika ilə həmrəy olmağa davam edəcəyi, Türk dövlətləri ilə əlaqələri və əməkdaşlığı daha da gücləndirəcəyi, davamlı inkişaf hədəflərinə çatmaq üçün Türkiyənin verdiyi töhfələri və təklifləri, islamofobiya ilə mübarizədə atılacaq addımlar, ailə instituna qarşı edilən hücumlara və cinsiyyətsizləşdirmə təbliğatlarına qarşı Türkiyənin mübarizəsindəki qətiyyəti" kimi mövzularda səsləndirdiyi fikirləri geniş bir şəkildə yer alır.

Kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından tarixi müraciətində "Dünya 5-dən böyükdür" ifadəsi ilə beynəlxalq sülh və təhlükəsizliyin yalnız beş ölkənin qərarlarına buraxılmaması vurğulanır.

Kitab qlobal sülhə töhfə verməyi hədəfləyən Prezident Rəcəb Tayyib Ərdoğanın bu mesajlarını gələcəyə daşımaq üçün atılan mühüm addım olaraq önə çıxarır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər