ABŞ Ukraynaya 1,1 milyard dollarlıq hərbi yardım verəcək
Dərc olunub:
28-09-2022, 06:26
ABŞ hakimiyyəti yaxın vaxtlarda Ukraynaya 1,1 milyard dollarlıq yeni hərbi yardım paketini elan etməyə hazırlaşır.
Avrasiya.net xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Kiyevə hansı silahların göndəriləcəyi hələ dəqiqləşdirilməyib.