Sizin Reklam Burada

Yunanıstan ABŞ üçün bir "peşka"dır

Yunanıstan ABŞ üçün bir "peşka"dırYunanıstanın NATO missiyasındakı türk döyüş təyyarələrinə radar kilidi qoyması və Kritdə yerləşdirilmiş S-300 hava hücumundan müdafiə sistemi ilə bizim təyyarələri təqib etməsi gərginliyi artırıb.

Axar.az xəbər verir ki, bunu təqaüddə olan türkiyəli pilot, general Bəyazid Karataş deyib.

Karataşın sözlərinə görə, Qarşılıqlı Müdafiə Əməkdaşlıq Müqaviləsinə əsasən, ABŞ-ın Yunanıstanın quru, dəniz və hava bazalarının istifadəsi ilə bağlı böyük imtiyazı var:

“Xüsusilə Ukrayna böhranından sonra ABŞ bölgədə strateji bombardmançı təyyarələrinin sayını artırıb. Və NATO ölkələri üzərində hazırlıq əməliyyatları adı altında uçuşlar edir”.

General bildirib ki, Türkiyənin bu mərhələdə S-400-ləri Egeyə gətirməyə ehtiyac yoxdur:

“Çünki bu, gərginliyi daha da artıra bilər. Bu halda isə ABŞ-la münasibətlər pozulacaq və sanksiyalar artacaq”.

Generalın sözlərinə görə, hazırda Yunanıstan ABŞ üçün bir "peşka"dır:

“ABŞ dünyada itirdiyi liderliyinə görə Ukrayna böhranını işə salıb. Və yeni düşmənlər qazanıb. Həm də Avropada NATO müzakirələrini aradan qaldıraraq kənara çəkilib. Avropa ABŞ-ın tələsinə düşdüyünü gələcəkdə iqtisadi vəziyyəti daha da pisləşəndə anlayacaq. Egey dənizi strateji su yoludur. Yunanıstandakı bazalar təkcə Rusiyaya nəzarət üçün deyil, həm də bölgədəki həyat damarlarını bağlamağa istiqamətlənmiş bir işdir. İndi Yunanıstan demək olar ki, tamamilə Amerikanın işğalı altındadır. Rusiyanı mühasirəyə almaq üçün hesablanmış bu bazalar həm də Türkiyəyə təzyiq vasitəsidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər