Pxenyan Rusiyaya 100 minlik qoşun göndərsə...

Pxenyan Rusiyaya 100 minlik qoşun göndərsə...Şimali Koreya Ukraynada döyüşmək üçün qoşunlarını Rusiya tərərəfinə göndərməyə başlasa, bu, ABŞ-ın ukraynalılara dəstəyini gücləndirəcək.

Bu barədə ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.

"Əgər Şimali Koreyanın ehtiyacı olduğu enerji resursları müqabilində Pxenyanın Rusiyaya 100 min muzdlu əsgər verdiyini güman etsək, o zaman belə bir qüvvənin köçürülməsi gizlədilməyəcək. Çünki bu, çox nəzərəçarpan prosesdir", - o bildirib.

Ekspertin sözlərinə görə, bu muzlular döyüşlərə qatılarsa, onda onlar nadir tanklarda gedəcəklər:

“Bunlar T-54, T-55-in və digər Sovet istehsalı silahlarının surətləri ola bilər. Onların əllərində olan təyyarələr də reaktiv qırıcı deyil, muzey əşyalarıdır. Əgər Şimali Koreya Kremlin təklifi ilə razılaşarsa, bu, ABŞ-a Şimali Koreyadakı diktatura rejimi problemini həmişəlik həll etməyə kömək edəcək”.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn rəsmi şəkildə Rusiyanın Ukraynadakı fəaliyyətini dəstəklədiyini açıqlamışdı. Həmçinin Rusiya mediasında Şimali Koreyadan olan 100 min əsgərin könüllü şəkildə Ukraynada döyüşməyə hazır olması barədə məlumatlar yayılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər