Sizin Reklam Burada

ABŞ İranın dəstəklədiyi silahlı qrupları bombaladı

ABŞ İranın dəstəklədiyi silahlı qrupları bombaladıABŞ ordusu bu gün səhər saatlarında Suriyanın şərqində İran İnqilab Keşikçiləri Korpusu tərəfindən dəstəklənən silahlı qruplaşmaların olduğu ərazilərə hava zərbələri endirib.

ABŞ tərəfinin açıqlamasında hücumun “gərginlik riskini məhdudlaşdırmaq və insan tələfatı riskini minimuma endirmək” məqsədi ilə həyata keçirildiyi bildirilib. Lakin əməliyyatın təfərrüatı və yaralılarla bağlı məlumat verilməyib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Joe Buccino, "bugünkü hücumlar ABŞ şəxsi heyətini qorumaq və müdafiə etmək üçün lazım idi", - deyə vurğulayıb.

Qeyd edək ki, İran və Suriya tərəfi hələlik hücumla bağlı açıqlama yaymayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər