Sizin Reklam Burada

İran Avropa İttifaqının nüvə təkliflərinə cavab verdi

İran Avropa İttifaqının nüvə təkliflərinə cavab verdiİran hakimiyyəti Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təkliflərinə cavab verib.

Bu barədə "Al Jazeera" telekanalı iranlı rəsmilərə istinadən məlumat yayıb.

İran tərəfinin göndərdiyi cavabın mətni hələlik açıqlanmayıb.

Daha əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirmişdi ki, Tehran yerli vaxtla gecə yarısına qədər Avropa İttifaqının nüvə sazişi üzrə müzakirəçisi Enrike Moreyə Avropa tərəfinin təkliflərinə yazılı cavab verəcək.

Qeyd edək ki, Avropa İttifaqı 2015-ci ilin nüvə sazişi ilə əlaqədar “yekun” təklif irəli sürüb və bir neçə həftə ərzində İrandan cavab gözləyirdi.

Xatırladaq ki, İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib. Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən müzakirələr dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondan İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub. Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər