Sizin Reklam Burada

Avropada anomaliya: ölənlərin sayı 1000-i keçdi

Avropada anomaliya: ölənlərin sayı 1000-i keçdiİspaniya və Portuqaliyada istilər nəticəsində ölənlərin sayı 1000-i keçib.

Axar.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Məlumata görə, Madriddə havanın temperaturu 39 dərəcəyə yüksəlib. Ölkənin şərqindəki Don Benitoda 43,3 dərəcə rekord göstərici qeydə alınıb.

”İspaniyada azı 360 nəfər ölüb. Portuqaliyadan tutmuş mərkəzi Fransaya və Avropanın cənub-şərqindəki ərazilərdə istiliyin 20 gün davam edəcəyi ilə bağlı qorxular var. İstilik dalğası iyulun sonuna və avqust ayına qədər davam edə bilər”, - məlumatda qeyd edilib.

Bunun fonunda Fransa, Yunanıstan, Portuqaliya və İspaniyada meşə yanğınları tüğyan edir, onlarla kvadrat kilometr ərazi yanıb, minlərlə sakin və turist öz yaşayış və istirahət yerlərini tərk etmək məcburiyyətində qalıb, bir neçə xilasedici həlak olub.

Bu, artıq son bir neçə həftə ərzində Avropanın cənub-qərbində ikinci isti dalğasıdır. Alimlər ekstremal temperaturu iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər