Sizin Reklam Burada

Rusiyanı lərzəyə salan xanım jurnalist saxlanıldı

Rusiyanı lərzəyə salan xanım jurnalist saxlanıldıRusiya hüquq-mühafizə orqanları jurnalist Marina Ovsyannikovanı Moskva vilayətində saxlayıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Birinci kanal”ın keçmiş redaktorunun Moskva vilayətində yaşadığı ünvana gəliblər. Hazırda saxlanılma səbəbi açıqlanmır.

İyulun 4-də məlum olub ki, “Birinci kanal”ın keçmiş redaktoru Marina Ovsyannikova 11 yaşlı qızının taleyi ilə bağlı məhkəmə prosesi üçün Rusiyaya qayıdıb.

Marina Ovsyannikova martın 14-də “Zaman” ("Vremya") verilişinin axşam efirində Ukrayna ərazisindəki hərbi əməliyyatlar və yalan təbliğatlara etiraz olaraq plakat açandan sonra bütün dünyada məşhurlaşmışdı. Onu studiyada həbs etsələr də, 30 min rubl cərimə edildikdən sonra azad edilmişdi. Jurnalist demişdi ki, saxlanılanda bütün gecə və ertəsi gün ondan hansı xüsusi xidmət orqanları ilə əlaqəli olduğu barədə soruşublar:

“Onlar sona qədər inana bilmirdilər ki, mənim heç bir şərikim yoxdur, Qərb xüsusi xidmətlərində işləməmişəm, həmkarlarımla heç bir münaqişəm olmayıb, Ukraynadan olan qohumlar mənə heç nə yazmayıblar. İnanmaq istəmirdilər ki, “Birinci kanal”ın sıravi işçisiyəm, Mİ6, FTB və ya MOSSAD-la əlaqəm yoxdur”.

Həmin vaxt o, etdiyi hərəkətə görə özünü qəhrəman kimi deyil, tükənmiş və yorğun hesab etdiyini demişdi.

“Narazılıq məndə çoxdan yetişmişdi. Müharibə başlayanda isə elə bir emosional sarsıntı keçirdim ki, həqiqətən də bir neçə gün nə yeyə, nə içə, nə də yata bildim. İşdə isə o günlər sadəcə, dəhşətli ab-hava var idi: xəbərlər, təbliğat dayanmadan gedirdi. Əslində baş verənlərlə “Birinci kanal”da göstərilənlər arasındakı uyğunsuzluq o qədər güclü idi ki, mən dəlicəsinə bunu dayandırmaq istəyirdim. İş həftəsi bitəndə anladım ki, daha bu kanala gəlməyəcəyəm. Müharibə əleyhinə küçəyə çıxanları isə dərhal polis bölməsinə aparırdılar. O zaman düşündüm ki, daha təsirli etiraz aksiyası təşkil edim. Yaxınlıqdakı dəftərxana ləvazimatları mağazasına getdim, vatman kağızı, flomaster aldım. Bazar günü şüarı hazırladım və bazar ertəsi işə gəldim. Plakat bir müddət maşında qaldı, sonra pencəyimin qoluna qoyaraq gətirdim. Heç kim orada nə olduğunu bilmirdi. Əlimdə pencək, redaksiyaya girdim, tez posteri qolumdan çıxarıb onunla birbaşa studiyaya girdim. Polis məndən şübhələnmədi, çünki “Zaman” verilişinin mövcud olduğu 50 il ərzində heç vaxt belə hal olmayıb. Mən 90% faiz əmin idim ki, bunu edə bilməyəcəm. Ya dizlərim titrəyəcək, ya da rejissor kameranı çox tez efirdən çəkəcək və heç kim məni görməyəcək. İngilis dilində olan mətn Qərb ictimaiyyətinə rusların müharibə əleyhinə olduğunu göstərmək üçün, rus dilində olan mətn isə Rusiya ictimaiyyəti üçün idi - onları təbliğata getməməyə çağırırdım”, - deyə o bildirmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər