Sizin Reklam Burada

Fransa 100 min ukraynalı qaçqını qəbul edib

Fransa 100 min ukraynalı qaçqını qəbul edibFransa Rusiyanın hərbi əməliyyat başlamasından sonra Ukraynadan 100 mindən çox qaçqını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzetinə müsahibəsində nazirliklərarası böhran mərkəzinin rəhbəri, prefekt Cozef Zimet bildirib.

Prefekt qeyd edib ki, son vaxtlar qaçqınların qəbulunun dinamikası azalmağa başlayıb, lakin buna baxmayaraq, Fransa hər həftə təxminən 300 nəfəri qəbul edir: “Biz effektiv qəbul sistemi qurmuşuq, 18 mindən çox uşaq artıq məktəbə gedib”.

Zimet etiraf edib ki, Fransa hakimiyyəti 50 min ukraynalının hazırda harada yaşadığı barədə məlumatı yoxdur: “Sentyabrda biz altı aylıq qalma icazələrini uzatmalı olduğumuz zaman, qaçqınların şəraiti və gələcəkdə necə yaşamağı planlaşdırdıqları barədə daha çox məlumat əldə edəcəyik.

Hakimiyyət qaçqınları qəbul edən fransız ailələri üçün müavinətlərin məbləğini nəzərdən keçirir. Ayda 150-200 avro məbləğində maliyyə yardımı haqqında danışmaq olar. Qaçqınların otellərdə yerləşdirilməsi imkanları tətil mövsümünün başlaması ilə əlaqədar olaraq çətinləşir. Bütün hallarda biz ukraynalıların parklarda və ya çimərliklərdə yatmasına icazə verə bilmərik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər