Bayden növbəti dəfə ABŞ-ın Türkiyəyə F-16 qırıcılarını satmasını dəstəkləyib
Dərc olunub:
1-07-2022, 07:41
ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir. Sazişin tezliklə Konqres tərəfindən təsdiqlənəcəyi gözlənilir.
“Report” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
"Xatırladığınız kimi, hələ dekabr ayında mən Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməli olduğumuzu söylədim. Belə bir istəyi dəstəkləmək bizim maraqlarımıza uyğundur", - Bayden deyib.
ABŞ rəhbərinin sözlərinə görə, qırıcıların satışında qarşılıqlı üstünlüklər yoxdur. Oktyabr ayında Türkiyə Vaşinqtondan mövcud döyüş təyyarələrini təkmilləşdirmək üçün 40 ədəd “Lockheed Martin” F-16 qırıcı təyyarəsi və 80-ə yaxın dəst satmağı xahiş edib.