Putin Ukraynanı nüvə silahı ilə vurmağa hazırdır

Putin Ukraynanı nüvə silahı ilə vurmağa hazırdırRusiya Prezidenti Vladimir Putin bunkerdə müvəqqəti işğal olunmuş Xersonun müdafiəsində taktiki nüvə silahından istifadə məsələsini müzakirə edib.

Axar.az xəbər verir ki, bunu rusiyalı publisist Andrey Piontkovski deyib.

O, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktovun “Putin Xersonun müdafiəsində taktiki nüvə silahından istifadə etməyə hazırdır” sözlərini xatırladıb:

"Mən Venediktovu tanıyıram. Eşitməsəydi, belə bir fikir söyləməzdi. Deməli, aralarında belə söhbətlər olur. Nüvə zərbəsinin endirilməsi yalnız Putindən asılı olsaydı, o, təbii ki, bunu həyata keçirəcəkdi, lakin texniki baxımdan hər şey daha mürəkkəbdir”.