ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb

ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıbABŞ-ın Texas ştatının San-Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, miqrant olduğu bildirilən 46 nəfər sürücünün tərk etdiyi yük maşınında ölü tapılıb.

Yük maşınında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

Maşında olanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.

San-Antonio Polis İdarəsinin yük maşınının sürücüsünü axtardığı bildirilir, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.