Sizin Reklam Burada

“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”

“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir”, - dövlət başçısı deyib.

“Mən bu gün də (dünən-red) G7 liderlərinə müraciət edərək dedim ki, bizim birgə potensialımız Rusiya ordusunu məğlub etmək üçün kifayətdir”, - Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, Rusiya döyüşə bilmir: “Onlar müqavimət göstərməyi bacarmırlar, yalnız bu gün Kremençukda olduğu kimi alçaq zərbələrlə kifayətlənirlər”.

"Hamımız birlikdə təzyiq göstərə və işğalçıları Ukrayna torpaqlarından sıxışdıra bilsək, müharibə uzanmaya bilər. Bu nə qədər tez baş versə, bir o qədər çox insanın həyatı xilas olar", - Zelenski əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər