Türkiyə ordusuna cavab verəcəyik – PKK
Dərc olunub:
23-06-2022, 14:47
Türkiyənin Suriyanın şimalını terrordan təmizləmək üçün həyata keçirəcəyi mümkün əməliyyata cavab verəcəyik.
Bunu terror təşkilatı PKK-nın qolu sayılan PYD lideri Fərhad Abdi Şahin İsveç dövlət televiziyası SVT-yə açıqlamasında deyib.
O, Türkiyənin ehtimal əməliyyat üçün NATO ölkələrinə təzyiq göstərdiyini iddia edib:
“İsveç bizə dəstəyini davam etdirməli və bu dəstəyin siyasi və mənəvi olduğunu izah etməlidir”.