Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1 500 nəfərə çatıb
Dərc olunub:
23-06-2022, 07:14
Əfqanıstanın Paktika və Xost əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 500 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı "Taliban" hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən 2 000-dən çox insan zərər çəkib.
Bundan əvvəl “Boxtar” agentliyi 1 000 ölü və 1 500 yaralı olduğunu qeyd edib. Yerli hakimiyyət orqanları daha çox ölü və yaralı ola biləcəyindən ehtiyat edir.
Əfqanıstanın Paktika, Xost, Laqman, Qəzni, Lohar və Kabil əyalətlərində zəlzələ çərşənbə günü gecə 6,1 bal gücündə baş verib. “Taliban” rəhbərliyi zəlzələdən zərər çəkənlərə yardım üçün 1,1 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.