Putinə hər hansı güzəşt etsək... - Conson
Dərc olunub:
22-06-2022, 09:32
Böyük Britaniya Ukraynanı möhkəm şəkildə dəstəkləyəcək.
Bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.
Conson bildirib ki, tərəfdaşların Moskvaya hər hansı güzəşti fəlakətə gətirib çıxaracaq:
“Heç kəsə imkan verməməliyik ki, Putinə güzəştin fəlakətdən başqa nəyəsə gətirib çıxardığına inansın”.
Qeyd edək ki, Fransa başda olmaqla, AB-nin əsas dövlətlərinin Ukraynanın bəzi ərazilərini Rusiyaya güzəştə getməklə bağlı mövqe sərgilədikləri haqda qeyri-rəsmi məlumatlar yayılıb.