Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak oldu

Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak olduUkraynada ruslarla döyüşlər zamanı ABŞ vətəndaşı Stiven Zabelski həlak olub.

Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, 52 yaşlı Stiven Zabelski mayın 15-də döyüş zamanı həlak olub:

“Onun ABŞ ordusunun veteranı olduğu və minaya düşərək öldüyü deyilir. Zabelskinin həyat yoldaşı və övladlığa götürdüyü beş uşağı qalıb”.