Bayden Ukraynaya gələcək? - Özü açıqladı
Dərc olunub:
21-06-2022, 00:47
Bu, şəraitdən - Ukrayna üçün əlavə çətinliklər yaradıb-yaratmayacağına, baş verənlərdən diqqəti yayındırmayacağına dair bir çox hallardan aslıdır.
Bunu ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər edib-etməyəcəyi ilə bağlı ünvanlanan sualı cavablandırarkən deyib.
“Mən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüm, onunla həftədə üç-dörd dəfə danışıram”, - Bayden vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden yaxın vaxtlarda Almaniya, İsrail, İspaniya və Səudiyyə Ərəbistanına səfər edəcək.