Xarkov raket atəşinə tutulub - Ölən var

Xarkov raket atəşinə tutulub - Ölən varXarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə uğur qazana bilməyən Rusiya ordusu yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutub.

Avrasiya.net xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Onun sözlərinə görə, Xarkovun Kiyevski, Şevçenkovski, Saltovski və Sənaye rayonlarına aviazərbələr endirilib. Hücumlar zamanı azı 3 nəfər dünyasını dəyişib, 2 sakin yaralanıb.

Raket zərbələrinə baxmayaraq, yerli sakinlər şəhəri tərk etmək niyyətində olmadıqlarını bildiriblər.