Ukrayna ordusu daha 14 rus döyüşçünü məhv etdi

Ukrayna ordusu daha 14 rus döyüşçünü məhv etdiUkrayna hərbçiləri sutka ərzində daha 14 rusiyalı hərbçini məhv edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın “Şərq” operativ-taktiki komandanlığı məlumat yayıb.

“Bu gün hərbçilərimiz 14 nəfər şəxsi heyəti məhv edib”, - deyə bildirilib.

Bundan əlavə, ukraynalılar rusların artilleriya qurğularını məhv edib.