Rus alayları əsgər toplaya bilmir – Kəşfiyyat
Rusiyanın Donbasdakı qoşunlarını təchiz etməkdə problemlər var. Adətən sayı 600 ilə 800 arasında olan bəzi rus alaylarının taktiki qrupları 30-a qədər əsgər toplaya bilib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ukrayna qüvvələri və Rusiya ordusunun cəbhənin ən qaynar nöqtələrindəki bölmələri getdikcə daha çox kiçik qoşun qruplarına bölünəcəklər:
“Rusiyanın bəzi güclü tərəfləri, məsələn, tankların sayındakı üstünlük belə şəraitdə əhəmiyyətini itirir. Bu, yəqin ki, yavaş irəliləyiş tempini saxlamağa kömək edir. Severodonetsk şəhərini Ukraynanın nəzarətində olan ərazilərlə birləşdirən bütün əsas körpülər isə dağıdılıb. Çayın şərqində qalan Ukrayna qoşunları və mülki əhali üçün vəziyyət son dərəcə çətin olaraq qalır”.