Ukrayna bu ölkələrdən ağır silahlar alacaq - SİYAHI
Ukraynanın müdafiəsi ilə bağlı keçirilən “Ramştayn-3” formatlı görüşdən sonra rəsmi Kiyev Rusiyanın təcavüzünə qarşı mübarizə üçün Qərb tərəfdaşlarından əlavə silahlar alacaq.
Bu, artilleriya, reaktiv yaylım atəşi sistemləri, toplar və helikopterlər olacaq.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan 155 mm-lik toplar, HIMARS mobil artilleriya sistemləri və Harpoons gəmi əleyhinə raketlər alacaq.
Slovakiya helikopter, Kanada, Polşa və Niderland artilleriya, Almaniya isə reaktiv yaylım atəşi sistemləri verəcək.
"Ukrayna mübarizəni davam etdirəcək. Tərəfdaşlarımız bizi dəstəkləməyə davam edəcək. NATO tarixində ən böyük birliyə malikdir. Ukrayna qalib gələcək", - Reznikov vurğulayıb.
Xatırladaq ki, dünən - iyunun 15-də Brüsseldə “Ramştayn-3” formatının yeni iclası keçirilib.
İclas ABŞ-ın müdafiə naziri Lloyd Ostinin təşəbbüsü və ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Milli, eləcə də dünyanın 50-yə yaxın dövlətinin müdafiə nazirlərinin iştirakı ilə baş tutub.
Ukraynanı müdafiə naziri Aleksiy Reznikov və Ukrayna Silahlı Qüvvələri Ali Baş Komandanının müavini, general-leytenant Yevgeni Moysyuk təmsil ediblər.