ABŞ-ın baş infeksionisti koronavirusa yoluxub
Dərc olunub:
16-06-2022, 00:06
ABŞ Prezidentinin koronavirus pandemiyası ilə mübarizə üzrə müşaviri, baş infeksionist Entoni Fauçinin verdiyi testin cavabı müsbət çıxıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutu məlumat yayıb.
Qeyd olunur ki, o, son günlər ABŞ Prezidenti Cozef Bayden və administrasiyanın digər yüksək vəzifəli şəxsləri ilə yaxından əlaqə saxlamayıb.
81 yaşlı Fauçidə orta dərəcədə simptomlar özünü göstərir. Hazırda o, məsafədən işləməyə davam edir.