NATO rəhbərindən dəstək: “Türkiyənin PKK ilə bağlı qorxularını yox etməliyik”
NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin bu quruma daxil olmasından əvvəl Türkiyənin ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə bağlı qorxularının aradan qaldırılmasını zəruri hesab edir.
Stoltenberq AMNA xəbər agentliyinə Finlandiya və İsveçin PKK-ya dəstəyindən danışarkən deyib:
"Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarı tarixidir və onların alyansa daxil olması bizim Şimali Atlantika müttəfiqliyimizi gücləndirəcək. İndi biz Türkiyənin PKK terror təşkilatı ilə bağlı ciddi narahatlığı da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməli, irəliyə doğru bir yol tapmalıyıq”.
Onun sözlərinə görə, Türkiyə digər müttəfiqləri ilə müqayisədə terrordan daha çox əziyyət çəkib.
"Beləliklə, Türkiyənin bütün müttəfiqləri ciddi şəkildə qəbul etməsi ilə bağlı əsaslı narahatlığı var. Mən və həmkarlarım Türkiyənin narahatlığını aradan qaldırmaq, eləcə də Avropa İttifaqına üzvlük prosesini davam etdirmək üçün Türkiyə, Finlandiya və İsveç nümayəndələri ilə sıx dialoqumuzu davam etdiririk", - Stoltenberq deyib.