Rusiya Ukraynada yeni silah növlərini sınaqdan keçirir
Dərc olunub:
14-06-2022, 10:43
Rusiya Ukraynada yeni silah növlərini sınaqdan keçirməklə bütün müharibə qaydalarını pozur.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, ruslar Ukraynada beynəlxalq standartlarla qadağan edilmiş geniş çeşiddə silahlardan istifadə edirlər:
"Təəssüf ki, Rusiya bütün qanunları pozur. Onlar Ukraynada yeni növ silahları sınaqdan keçirirlər”.
O, qeyd edib ki, Rusiya ordusu şəxsi heyətin və silahların sayına görə bir neçə dəfə Ukrayna ordusunu üstələyir:
“Onlara cavab vermək üçün bizə silah lazımdır”.