Daha bir ölkədə meymunçiçəyi aşkarlandı
Dərc olunub:
14-06-2022, 00:30
Rumıniyada meymunçiçəyinə ilk yoluxma halı aşkar edilib.
Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Ölkə rəsmiləri Buxarestdə yaşayan kişinin meymunçiçəyi xəstəliyinə yoluxduğunu bildirib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yoluxmuş şəxsin 26 yaşı var. Xəstə bu yaxınlarda çoxsaylı infeksiya hallarının müəyyən edildiyi bir neçə Avropa ölkəsinə səfər edib.
Hazırda xəstə təcrid olunub, vəziyyətinin yaxşı olduğu bildirilir.