Bayden növbəti seçkilərdə prezidentliyə namizəd olacaq
Dərc olunub:
14-06-2022, 09:01
Ağ Ev ABŞ lideri Cozef Baydenin 2024-cü ilin prezident seçkilərində ikinci dəfə namizəd olub-olmayacağı barədə xəbərlərə aydınlıq gətirib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib.
"Bayden seçki yarışına girəcək. O, əvvəllər özü də bu barədə bildirib", - Ağ Ev rəsmisi deyib.
“Aydın olmaq üçün; Prezidentin dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, - Karin Jan-Pyer daha sonra tviter hesabında yazıb.
Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.