Nüvə başlıqlarının sayı azaldı
Dünya üzrə nüvə başlıqlarının sayı 2021-ci ilin yanvarında 13 080-dən 2022-ci ilin yanvarında 12 705-ə düşüb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.
Məlumatda bildirilib ki, azalma tərk-silahla deyil, ABŞ və Rusiya tərəfindən bir neçə il əvvəl planlaşdırılan köhnəlmiş sistemlərin istismardan çıxarılması ilə bağlıdır. Aktiv döyüş başlıqlarının sayı il ərzində praktiki olaraq dəyişməyib.
İnstitut qlobal nüvə arsenalının Soyuq müharibədən sonra ilk dəfə artacağını proqnozlaşdırıb:
“Rusiyanın Ukraynaya təcavüzü dünyanın doqquz nüvə dövləti (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya) arasında gərginliyi artırıb. Bu dövlətlər öz arsenallarını qurur və ya modernləşdirir”.