ABŞ-da 40 min insan küçələrə axışdı
Dərc olunub:
13-06-2022, 00:40
ABŞ-ın paytaxtı Vaşinqtonda və ölkənin digər şəhərlərində "Həyatımız üçün yürüş" adlı aksiyalarda onminlərlə nümayişçi iştirak edib.
Aksiya iştirakçıları Vaşinqton Abidəsi yaxınlığında toplaşaraq, ölkədəki silah zorakılığı epidemiyasına qarşı tədbir görülməsini tələb ediblər. "Həyatımız üçün yürüş" hərəkatının rəhbərliyi Feysbuk səhifəsində yürüşdə 40 minədək vətəndaşın iştirak etdiyini bildirib.
“Həyatımız üçün yürüş” hərəkatı 2018-ci il fevralın 14-də Florida ştatındakı Markori Stounman Duqlas məktəbində baş vermiş kütləvi qətliamdan sonra başlayıb.