ABŞ ordusunda meymunçiçəyi aşkarlandı
Dərc olunub:
11-06-2022, 10:47
ABŞ ordusunda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı Amerikanın Almaniyada yerləşən bazasında xidmət edən əsgərdə aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Qüvvələrinin Komandanlığı məlumat yayıb.
Hazırda ehtiyat tədbiri olaraq xəstəliyə yoxluxan əsgərlə təmasda olan hərbçilər həkimlər tərəfindən nəzarətdədir.
Qeyd edək ki, hərbçi meymunçiçəyinin Qərbi Afrika variantına yoxulub. Bu isə xəstəliyin nisbətən yüngül və yoluxduruculuq qabiliyyəti zəif növüdür.