Çin ABŞ-ı açıq təhdid etdi: Müharibəyə başlayacağıq!
Dərc olunub:
11-06-2022, 09:40
Tayvanı müstəqil dövlət etmək cəhdləri olarsa, Çin Xalq Respublikası müharibəyə getməyə hazırdır. Çin bu cür separatçı cəhdləri dayandıracaq.
Axar.az xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin nümayəndəsi Vu Tszyan deyib.
"Kim Tayvanı ayırmağa cəsarət etsə, Çin ordusu döyüşə qoşulmaqdan çəkinməyəcək. Nəyin bahasına olursa olsun, Tayvanın “müstəqilliyi”nə yönəlmiş istənilən separatçı cəhdləri qətiyyətlə yatıraraq, milli suverenliyi və ərazi bütövlüyünü müdafiə edəcək", - Tszyan bildirib.