Ukrayna diversiya qrupu Rusiyaya girdi: döyüşlər gedir
Dərc olunub:
10-06-2022, 13:43
Ukraynanın diversiya qrupu Bryansk vilayətinin ərazisinə daxil olub. Daha sonra Ukrayna ilə sərhəddəki sərhəd-keçid məntəqəsi atəşə tutulub.
Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Ukraynanın kəşfiyyat-diversiya qrupu Bryansk vilayətinin Podıvotye qəsəbəsi ərazisinə girib. Ərazidə döyüşlər gedir, onların yerləşdiyi ərazi qumbaraatanlardan və haubitsalardan atəşə tutulub.
Səhər saatlarında isə vilayətin Belaya Beryozka qəsəbəsinin sakinləri partlayış səsləri eşidiblər. İlkin məlumata görə, bu, Ukrayna ilə sərhəddəki keçid məntəqəsinə hücum cəhdi olub.