Bolqarıstan Ukraynaya hərbi yardımdan imtina etdi
Dərc olunub:
8-06-2022, 10:07
Bolqarıstan səfir Vitali Moskalenkonun xahişi ilə Ukraynaya hərbi yardım göstərməkdən imtina edib. Rusiyaya qarşı sanksiyalara gəlincə, Bolqarıstan bütün tədbirləri dəstəkləyib.
Bu barədə “The Sofia Globe” məlumat yayıb.
Baş nazir Kiril Petkov bildirib ki, Ukraynaya hərbi-texniki yardımla bağlı parlamentin qərarı var və onlar Milli Assambleyanın qərarına əməl edəcəklər.
“Düşünürəm ki, biz Ukrayna üçün xeyli işlər gördük, qaçqınlara dəstək səviyyəsində, humanitar yardıma yatırdığımız vəsait səviyyəsində…”.