Rus generalları Ukraynada buna görə ölür - Ekspert
Rusiyanın yüksək rütbəli hərbi rəhbərləri əslində kiçik zabitlərə etibar etmirlər. Buna görə generallar tez-tez qoşunları və taktiki səviyyəli bölmələri nəzarətə götürərək Ukrayna əsgərləri üçün prioritet hədəfə çevrilirlər.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.
"Bir tərəfdən Rusiya generallarında kiçik rütbəli zabitlərə etimadsızlıq var. Digər tərəfdən də kiçik zabitlərdə döyüş üçün təşəbbüs yoxdur. Buna görə də yüksək rütbəli rus hərbi rəhbərləri döyüşə birbaşa nəzarət edirlər. Təbii ki, ukraynalı snayperlər üçün onlar prioritet hədəfdir”, - o bildirib.
Seleznyov qeyd edib ki, yüksək rütbəli zabitin aradan qaldırılması faktiki olaraq Rusiya ordusunun hissələrinin başsız qoyur, hücumun sürətini və intensivliyini ləngidir.