Dünyada meymunçiçəyinə yoluxma halları gündən-günə artır
Dünyanın 29 ölkəsində 900-dən çox insanın meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) saytında dərc olunan xəbərdə deyilir.
Qeyd edilir ki, Birləşmiş Ştatlarda daha 24 nəfərdə meymunçiçəyinə yoluxma qeydə alınıb.
Rəsmi açıq mənbələrdən alınan məlumatlar əsasında xəstəliyin bütün dünyada yayılmasını göstərən interaktiv xəritəyə əsasən, dünyada 909 meymun çiçəyi xəstəliyi qeydə alınıb. İnfeksiyaların sayına görə lider 225 nəfərin xəstələndiyi Böyük Britaniyadır. Siyahlda İspaniya 186 yoluxma halı ilə ikinci yerdədir. İlk üçlüyü 143 xəstə ilə Portuqaliya qapayır.
ABŞ Kanada, Almaniya, Fransa və Niderlandı qabaqlayaraq 24 yoluxma ilə səkkizinci yerdədir. İlk onluqda İtaliya və Belçika da var.