Qırğızıstan sərhədində toqquşma: yaralılar var
Dərc olunub:
3-06-2022, 19:44
Qırğızıstan-Tacikistan sərhədində silahlı toqquşma baş verib.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, insident zamanı 1-i ağır olmaqla 2 qırğız sərhədçisi yaralanıb.
Qırğızıstan tərəfi artıq münaqişənin başa çatdığını bildirib.