Yeni təhlükəli virus YAYILIR

Yeni təhlükəli virus YAYILIRAmerikada yeni epidemiya qeydə alınıb.

Bu barədə Qərb mətbuatı məlumat yayıb.

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) vəziyyəti araşdırmağa başlayıb və xəstəliyin hepatit A epidemiyası olduğunu bildirib. Hepatit A virusunun çiyələkdən yayıldığı ehtimal edilir.

FDA indiyə qədər bu xəstəlikdən ölüm halının olmadığını, lakin Minnesota, Kanada və Kaliforniyada 17 yoluxma faktının aşkarlandığını bəyan edib.

Xəstəliyin başlanğıc tarixi 28 mart-30 aprel aralığı götürülüb.

Qeyd edək ki, Hepatit A yoluxucu virusdur və qaraciyərin fəaliyyətinə təsir göstərə bilir. Simptomlar arasında dərinin, gözlərin saralması, mədə pozğunluğu, qusma, mədə ağrısı, qızdırma, ishal və oynaq ağrılarını göstərmək olar.